7 dekabr 2012 02:20
Böyükağa Hacıyev: Bu gün bizdə bayramdı
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın “İnter” klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, Milanda baş tutan və 0:1 hesabıyla başa çatan qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Əlbəttə, mən heç-heçəyə inanırdım. Niyə də yox? Bu gün bizdə bayramdı. Çünki Azərbaycan çempionatının təmsilçisi, bizim klub “İnter” kimi komanda ilə Milanda heç-heçə edib. Özü də buna yaxşı oyun sərgiləməklə nail olub”.
