7 dekabr 2012 02:24
Avropa Liqasında bir oyun təxirə salındı (VİDEO)
UEFA Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda baş tutmalı olan bir oyun təxirə salınıb. Azerisport.az xəbər verir ki, “Sporting” (Portuqaliya) – “Videoton” (Macarıstan) matçı keçirilməyib.
Buna səbəb güclü yağış olub. Hakim bu vəziyyətdə matçın keçirilməsinin mümkün olmadığına qərar verib və qarşılaşmanı təxirə salıb. Oyunun nə vaxt keçiriləcəyi bəlli deyil.
