6 dekabr 2012 14:49

Vəli Qasımov: Berti Foqts millinin Neftçi ilə yoxlama matçına razılaşmaz

Azərbaycanın futbol üzrə 19 yaşlılardan ibarət yığmasının sabiq baş məşqçisi Vəli Qasımov azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Neftçi”nin “İnter”lə oyundakı şanslarını necə qiymətləndirirsiz?
- Mənə elə gəlir ki, Andrea Stramaççoni bu oyuna əsas heyəti çıxarmayacaq. Çünki onun komandası A Seriyasında o qədər də inamlı çıxış etmir. O, əsas heyətə istirahət verib, ehtiyatda qalanları yoxlamağa çalışacaq. Əgər belə olsa, maraqlı oyun alınacaq. Belə olan halda “Neftçi”nin özünü göstərmək şansı olacaq.
 
- Sizcə, “Neftçi”nin qrup mərhələsindəki çıxışı nəyi dəyişdi?
- Komanda artıq avrokubokların nə demək olduğunu bilir. Son turda “Qarabağ”a uduzsalar da, çempionluğa əsas namizəddilər. Sadəcə, həmin oyunda ağdamlılar müdafiədə diqqətli çıxış etdilər. Həm də mənə elə gəlir ki, “Neftçi” daha çox Milandakı görüşü düşünürdü.
 
- Komandanın son dövrlər üç cəbhədə oyuna çıxması yorğunluğa səbəb ola bilərmi?
- Peşəkar idmanda yorğunluq təsirini göstərməməlidi. Başqa ölkə klubları bizimkilərdən ikiqat çox oyun keçirirlər. Onlar yorulurlar? Futbolçu nə vaxt oynamaq, nə vaxt istirahət etmək lazım olduğunu bilməlidi. Motivasiya olmalıdı. “San Siro”da oynamaq şansı hər zaman ələ düşmür. Milanda nəticə qazanmq həm tarix yazmaq, həm də azarkeşləri sevindirmək baxımından önəmlidi.

- “Neftçi”nin heyətində kimdən qol gözləyə bilərik?
- Bəxtimiz gətirib ki, komandada qol vurmağı bacaran çoxlu futbolçu var. Amma komanda bunun üçün daha çox çalışmalıdı. Çünki bu, Premyer Liqa oyunu deyil.
 
- Berti Foqts “Neftçi” – “Qarabağ” matçında yalnız 35 dəqiqə normal futbol izlədiyini açıqlamışdı. Onun bu fikrinə münasibətiniz necədi?
- Mən belə deməzdim. Oyunda temp kifayət qədər yaxşı idi. Sadəcə, ikinci hissədə sürət azaldı. “Qarabağ” hesabda öndə olduğundan müdafiədən oynamağa, ehtiyatlı davranmağa başladı. Maraqlı oyun idi.
 
- Böyükağa Hacıyev də Foqtsun bu sözlərinə cavab olaraq yığmayla “Neftçi” arasında yoxlama matçı keçirmək təklifini irəli sürüb...
- (gülür) Bunu bilmirdim. Əgər belə bir oyun baş tutsa, ona baxmaq maraqlı olardı. Amma mənə elə gəlir ki, Foqts buna razılaşmaz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.