6 dekabr 2012 14:55
“Qoy Neftçi Avropa Liqasında oynasın, biz isə Çempionlar Liqasına düşək”
Bakı “İnter”inin prezidenti Georgi Nikolov Azərbaycan çempionu “Neftçi”nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya “İnter”inə qarşı keçirəcəyi oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, “ağ-qaralar”ın müdafiəçisi İqor Mitreskinin açıqlaması ilə bağlı bunları söyləyib:
“Mitreski kimdi ki? “Neftçi”də oynamağa davam edən makedoniyalı? Futbolçunun sözünə nə şərh verə bilərəm ki? Qoy “Neftçi” Avropa Liqasında oynamağa davam etsin, biz isə Çempionlar Liqasına düşməyə çalışaq. Məncə, yersiz sözdü. Amma qoy belə hesab etsinlər. Şadam ki, “Neftçi” bu mövsüm Avroliqanın qrup mərhələsinin dadını hiss etdi. Əminəm ki, Azərbaycan klubları yenə belə turnirlərin qrup mərhələsində çıxış etmək şansı qazanacaqlar. Hətta bunun qarşıdakı mövsümdə gerçəkləşəcəyini düşünürəm. Ən azından biz də buna çalışacağıq”.
