7 dekabr 2012 02:47
“Klublarımızın rəhbərlərinə Sadıq Sadıqovun metodundan yararlanmağı təklif edirəm”
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev digər Azərbaycan klublarına təklif ünvanlayıb. Azerisport.az xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya “İnter”i ilə səfər oyunundan (2:2) sonra bunları dilə gətirib:
“Əgər hər şey öz qaydasında gedirsə, o zaman nəticə də olacaq. Mən digər klublarımızın rəhbərlərinə Sadıq Sadıqovun metodundan yararlanmağı təklif edirəm. Mən burda sadəcə icraçıyam, kiçik biriyəm. Əgər məşqçilərimiz əsl futbola üstünlük versələr, hər şey yaxşı olacaq. Bunu mən də görməsəm, siz görəcəksiz”.