7 dekabr 2012 02:56
Marko Livaya: Neftçinin bəxti gətirdi
İtaliyanın “İnter” klubunun futbolçusu Marko Livaya UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Biz rəqibdən daha yaxşı oynadıq. Sadəcə, “Neftçi”nin bəxti gətirdi. Xüsusilə də yüz faizli qol epizodlarımızdan yararlana bilməyəndə. Şadam ki, bu görüşdə iki qol vurdum. Amma qələbə qazanmağımızı daha çox istərdim”.
