7 dekabr 2012 03:10
Rəşad Sadiqov: Bununla qürur duyuruq
“Neftçi”nin kapitanı Rəşad Sadiqov UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın “İnter” klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, Milanda baş tutan və 2:2 hesabıyla başa çatan qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Bu gün biz həqiqətən də yaxşı futbol oynadıq. Bunu özünüz də gördünüz. Milan klubundan səfərdə bir xal almağı bacardıq. Bakıya heç-heçə ilə qayıtmağımızla qürur duyuruq”.
