7 dekabr 2012 03:23
Böyükağa Hacıyev: Böyük ehtimalla gedəcəm
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın “İnter” klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, Milanda baş tutan və 2:2 hesabıyla başa çatan qarşılaşma ilə bağlı öncə bunları dilə gətirib:
- Belə bir oyundan sonra sizinlə olmağıma görə şadam. Bu gün bizdə bayramdı. Çünki ilk dəfə Azərbaycan çempionatının bir iştirakçısı, bizim klubumuz “İnter” kimi rəqiblə heç-heçə edib. Özü də buna yaxşı oyunla nail olub.
- Heç-heçəyə inanırdınız?
- Əlbəttə, inanırdım. Niyə də yox? “İnter” “Neftçi”dən nə ilə fərqləndi? Əgər Flavinyo Vobaya, Cavid də Kanalesə düzgün ötürmə versəydi, hesab tam fərqli olardı.
- Əlbəttə, inanırdım. Niyə də yox? “İnter” “Neftçi”dən nə ilə fərqləndi? Əgər Flavinyo Vobaya, Cavid də Kanalesə düzgün ötürmə versəydi, hesab tam fərqli olardı.
- İndi şokdasınız, yoxsa qələbə qazana bilmədiyinizə görə təəssüflənirsiz?
- Əhval-ruhiyyə yaxşıdı. Məni təəccübləndirmək çətindi. Çünki çox şey görmüşəm. Mən dünən də sizə sual verdim ki, əgər mənə inanmırsınızsa, onda Milana niyə gəlmisiz? Bax buna görə də şokda deyiləm, sakitəm.

- Sizcə, bu uğurların davamı gələcək?
- Gəlin unutmayaq ki, futbolumuzda inkişaf gedir. Bu nəticə ölkə prezidenti İlham Əliyevin, AFFA prezidenti Rövnəq Abdullayevin işidi. Mən isə sadəcə icraçıyam, kiçik adamam. Əgər hər şey öz qaydası ilə getsə, yaxşı olacaq. Mən digər klubların rəhbərlərinə tövsiyyə edirəm ki, Sadıq Sadıqovun metodundan yararlansınlar.
- Azərbaycan yığmasını çalışdırmaq istəmirsiz?
- Bu, hər bir azərbaycanlı üçün fəxrdi. Sən Azərbaycan futbolunda, idmanında nəsə edirsənsə, bununla fəxr etməlisən. Berti Foqts orda möhkəm oturub. O, hələ də 1996-cı ildə qazandığı uğurunu xərcləyir. Ona mane olmaq istəmirəm. Böyük ehtimalla Azərbaycanı tərk edəcəyəm.