6 dekabr 2012 15:24

“Bunun üçün maksimum güc sərf etməli olacağıq”

“Qarabağ” sabah Premyer Liqanın 16-cı turunda “Kəpəz”i qəbul edəcək. Azerisport.az xəbər verir ki, sonuncu pillədə olmasına baxmayaraq əksər oyunlarda sona qədər mübarizə aparan Gəncə təmsilçisi bu dəfə də ağdamlılara başağrısı olmağa çalışacaq.
 
Artıq cari mövsüm 2 dəfə qarşılaşan tərəflərin mücadiləsi gərginliyi ilə yadda qalıb. Premyer Liqa çərçivəsində qolsuzluğa razılaşan tərəflərin 1 həftə qabaq kubokda baş tutan görüşündə “Qarabağ” əlavə hissədə vurduğu qollarla turu keçən tərəf olmuşdu.
 
“Qarabağ”ın yarımmüdafiəçisi Namiq Yusifov “Kəpəz”lə oyunu dəyərləndirib: “Öncə qeyd edim ki, bizi çətin oyun gözləyir. Gəncəlilərlə hər 2 oyunumuz oduqca çətin alınıb. Bu dəfə bizdən xal almağa çalışacaqlar. Amma biz də meydana ancaq 3 xal üçün çıxacağıq. Son zamanlar yaxşı forma yığmağa başlamışıq. Bu oyunda qələbə qazanıb, liderlər qrupunda qalmağı planlaşdırırıq. Amma bunun üçün maksimum güc sərf etməli olacağıq. Çalışacağıq ki, qış fasiləsinə nikbin əhval-ruhiyyədə yollanaq. Qışa kimi “Bakı” və “Xəzər Lənkəran” kimi 2 güclü rəqiblə qarşılaşacağıq. Amma buna qədər “Kəpəz”i fikirləşməliyik. Gəncə klubuyla son 2 oyunumuz bizi buna məcbur edir. Amma biz istənilən halda qələbə qazanmalıyıq. Məsələni əlavə vaxta aparmalı deyilik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.