7 dekabr 2012 03:31

“Milanda heç-heçə edəcəyimizə inanırdım, amma 2:2-ni düşünmürdüm”

“Neftçi”nin kapitanı Rəşad Sadiqov UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın “İnter” klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, Milanda baş tutan və 2:2 hesabıyla başa çatan qarşılaşma ilə bağlı bunları dilə gətirib:
 
“Bu gün biz həqiqətən də yaxşı futbol oynadıq. Bunu özünüz də gördünüz. Milan klubundan səfərdə bir xal almağı bacardıq. Bakıya heç-heçə ilə qayıtmağımızla qürur duyuruq”.
 
Rəqib qapısına vurulan ilk qolun müəllifi uğur qazanacaqlarına öncədən də inandıqlarını bəyan edib: “Düzünü deyim ki, mən burda heç-heçə edəcəyimizə inanırdım. Lakin 2:2 hesablı heç-heçəni ağlımdan keçirmirdim. Sadəcə, yaxşı nəticə ilə dönəcəyimizi hiss edirdi. Şadam ki, belə bir oyunda qol da vura bildim. “Cüzeppe Meatsa”da qol vurmaq hər gün nəsib olmur. Biz vaxtilə düşünə də bilməzdik ki, qrup mərhələsinə çıxarıq, belə klublarla oynayarıq. Amma gördüyünüz kimi, belə bir şans qazandıq”.
 
Kapitan qrup mərhələsindəki çıxışlarına da qiymət verib: “Fikrimcə, ilk dəfə üçün 3 xal əla nəticədi. Təəssüf ki, bütün qarşılaşmalarda öz oyunumuzu göstərə bilmədik. Amma bu dəfə komanda oyunu göstərdik. Belə komandalarla oyunlar, qazanılan uğurlar futbolçuya istər-istəməz əlavə inam qazandırır”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.