6 dekabr 2012 16:39
Qurban Qurbanov: Neftçi Milanda yaxşı nəticə qazana bilər
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan çempionu “Neftçi”nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya “İnter”inə qarşı keçirəcəyi oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Komandamızın Avroliqadakı son oyunudu. Hər bir komanda belə bir stadionda oynamağı arzulayır. Özü də “İnter” kimi nəhəng kluba qarşı. “Neftçi” üçün çox vacib oyundu. Andrea Stramaççoninin müsahibəsini oxumuşdum. O, qeyd edib ki, gənclərə üstünlük verəcək. Amma bu, komandamızın işinin asan olacağı demək deyil. Əksinə, İtaliya klubunun gənc futbolçuları özlərini yaxşı tərəfdən göstərməyə çalışacaqlar. Eyni zamanda “Neftçi” də yaxşı nəticə qazana bilər”.
