7 dekabr 2012 17:56
Qarabağ yenə Bəxtiyar və Eminin yolunu kəsdi
Bu gün cari mövsümdə “Qarabağ”la “Kəpəz” arasında üçüncü oyunu keçirildi. Azerisport.az xəbər verir ki, Gəncə klubunun heyətində iki futbolçu üçüncü dəfə ağdamlılara qarşı oynamadı.
Belə ki, Emin İmaməliyevlə Bəxtiyar Soltanov yenə bu matçın iştirak ərizəsinə salınmadı. “Qarabağ”a məxsus olub “Kəpəz”də icarə əsasında çıxış edən futbolçular müqavilədəki bir bəndə görə doğma klublarına qarşı oynaya bilmədilər. Çünki “Qarabağ” bu futbolçuları icarəyə verəndə onların öz klublarına qarşı oynamayacaqları barədə müqaviləyə xüsusi bənd salıb.
