7 dekabr 2012 18:17
“Ustalıq səviyyəsində Qarabağa uduzduq”
“Kəpəz”in məşqçisi Mehman Hacıyev Topaz Premyer Liqasının 16-cı turunun “Qarabağ”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, gəncəlilərin çalışdırıcısı 1:3 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Ölkənin ən güclü komandasına qarşı oynadıq. Ustalıq səviyyəsində rəqibə uduzduq. “Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm”.
