7 dekabr 2012 18:21
Qurban Qurbanov: Bu, bizim ilk qələbəmiz oldu
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 16-cı turunun “Kəpəz”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 3:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bu mövsüm “Kəpəz”lə artıq üçüncü dəfədir ki, qarşılaşırıq. Bu, bizim ilk qələbəmiz oldu. Rəqibimizdə müəyyən problemlər olduğundan əsasən gənc futbolçulara güvənmişdi. İnanıram ki, Mahmud Qurbanov komandanı dirçəldə biləcək. Qış fasiləsinədək iki vacib oyunumuz qalıb, gücümüzü toparlayıb bu oyunlara yaxşı hazırlaşmağa çalışacağıq”.
