8 dekabr 2012 15:51
Qəbələ Sumqayıt səddini 1 qolla keçdi (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan Topaz Premyer Liqasında 16-cı turun növbəti oyunu keçirilib. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə də bir görüş baş tutub.
“Sumqayıt” “Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri bu görüşə dönüş nöqtəsi gözüylə baxırdılar. “Qəbələ” də son turda evdə “Bakı”ya uduzduğundan Ramiz Məmmədovun komandası autsayderi məğlub etməklə vəziyyəti düzəltməyi hədəfləmişdi.
Qarşılaşmanın taleyini bir qol həll edib. Qonaqlar 3 xala sevinən tərəf olublar.
Topaz Premyer Liqası
16-cı tur
8 dekabr (şənbə)
SUMQAYIT – QƏBƏLƏ - 0:1 (0:1)
Qol: V.Mendi, 39 (0:1)
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Namiq Hüseynov, Ömər Paşayev.
Bakı. Bayıl Arena.
Oyun başladı
1. Mendinin başla vuruşunda top qapıdan yan keçir
5. "Qəbələ" ilk dəqiqələrdən üstünlüyü ələ alıb və kəskin hücumlar qurmağa çalışır
8. E.Cəfərquliyev oyunda ilk sarı vərəqə alan futbolçu olur
9. R.Abdullayevin cərimə zərbəsi zamanı top canlı səddən dönür
11. O.Əliyevin zərbəsini A.Nəzirov zərərsizləşdirir
12. R.Abdullayevin zərbəsi dəqiq alınmır
15. C.Sultanov da qeyri-dəqiq zərbə ilə yadda qalır
20. Kamananın zərbəsi təhlükəli olsa da, hədəfdən yan keçir
21. A.Nəzirov R.Qurbanovun hesabı açmasına son anda mane olur
26. P.F.Azad simulyasiyaya görə sarı vərəqə ilə cəzalanır
30. Kalabane də sarı vərəqə alan futbolçuların sırasına qoşulur
39. "Qəbələ"nin təzyiqi nəhayət ki, bəhrəsini verir. Əks-hücum zamanı qapı qarşısına ötürülən topu müdafiəçilər uzaqlaşdıra bilməyincə Mendi hesabı açır - 0:1
41. A.Çertoqanov sarı vərəqə alır
41. Mendi zədələndiyi üçün B.D.Silvayla əvəzlənir
45. Birinci hissəyə iki dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
55. "Sumqayıt" fasilədən sonra təzyiqi artısa da, hələlik istəyinə çata bilmir
61. A.Çertoqanov ikinci sarı vərəqə ilə meydandan qovulur
69. O.Əliyevin zərbəsi qapıdan azca yan keçir
75. Azadın zərbəsini A.Nəzirov tutur
78. Kamanan yerini Y.Abuzərova verir
80. Sumqayıtlı azarkeşlər artıq "istefa" şüarları səsləndirməyə başlayıblar
83. B.Həsənalızadəni S.Allahquliyev əvəzləyir
84. S.Alxasov da sarı vərəqə alır
85. Sumqayıtlıların cəhdləri heç bir fayda vermir
90. Matçın əsas vaxtına üç dəqiqə əlavə olunur
90+1. R.Abdullayevi Ş.Xəlilov əvəzləyir
Matç başa çatdı
SUMQAYIT: 12. Elçin Sadıqov, 2. Slavik Alxasov, 4. Samir Abasov (k), 7. Pərdis Fərcad Azad, 9. Orxan Əliyev, 10. Ceyhun Sultanov, 17. Emin Cəfərquliyev, 21. Məhəmməd Mirzəbəyov, 76. Uğur Pamuk, 91. Ruslan Qurbanov, 92. Bəxtiyar Həsənalızadə.
Ehtiyat oyunçular: 90. Anar Məhərrəmov, 3. Aftandil Hacıyev, 8. Aqşin Muxtaroğlu, 11. Sabir Allahquliyev, 22. Xəyal Mustafayev.
QƏBƏLƏ: 30. Anar Nəzirov, 9. Viktor Mendi, 11. Yannik Kamanan, 10. Dodo, 15. Umar Kalabane, 18. Aleksandr Çertoqanov, 22. Lourival Rodriqes Assis, 27. Rəşad Abdullayev (k), 26. Daniel Lopes Kruz, 34. Ürfan Abbasov, 84. Deyan Kelhar.
Ehtiyat oyunçular: 25. Dieqo Kosta Silva, 7. Yaşar Abuzərov, 8. Bruno Da Silva, 19. Rövşən Əmiraslanov, 21. Elmar Baxşıyev, 23. Şəhriyar Xəlilov, 35. Tərzin Cahangirov.
Turun digər oyunları: Qarabağ – Kəpəz - 3:1, İnter – AZAL, Turan – Bakı, Simurq – Xəzər Lənkəran, Neftçi – Rəvan.
| 1 | Qarabağ | 16 | 7 | 6 | 3 | 22 | 16 | +6 | 27 |
| 2 | İnter | 14 | 7 | 5 | 2 | 15 | 6 | +9 | 26 |
| 2 | Simurq | 15 | 7 | 5 | 3 | 17 | 9 | +8 | 26 |
| 4 | Qəbələ | 16 | 7 | 4 | 5 | 19 | 17 | +2 | 25 |
| 5 | Neftçi | 12 | 7 | 0 | 5 | 26 | 15 | +11 | 21 |
| 6 | AZAL | 14 | 5 | 5 | 4 | 19 | 15 | +4 | 20 |
| 6 | XL | 15 | 5 | 5 | 5 | 20 | 14 | +6 | 20 |
| 8 | Turan | 15 | 5 | 4 | 6 | 19 | 20 | –1 | 19 |
| 9 | Bakı | 14 | 3 | 8 | 3 | 14 | 11 | +3 | 17 |
| 10 | Rəvan | 15 | 4 | 4 | 7 | 14 | 23 | –9 | 16 |
| 11 | Sumqayıt | 16 | 3 | 5 | 8 | 12 | 29 | –17 | 14 |
| 12 | Kəpəz | 16 | 2 | 3 | 11 | 10 | 32 | –22 | 9 |
Bombardirlər:
12 - Nikolas Kanales (Neftçi)
8 - Franko Nildo (AZAL)
7 - Salif Ballo (Turan)
6 - Zohair Benuahi (AZAL)
