7 dekabr 2012 11:35
Sadıq Sadıqov: Neftçi daha bir tarix yazdı
“Neftçi”nin prezidenti Sadıq Sadıqov UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın “İnter” klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, Milanda baş tutan və 2:2 hesabıyla başa çatan qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Mən şadam ki, komanda layiqli çıxış etdi, Milanda xal qazandı. Biz futbolçularımızın bu oyunda necə çıxış edəcəklərinə görə çox narahat idik. Şadam ki, onlar qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bildilər və növbəti dəfə tarix yazdılar. Öncə qrup mərhələsinə vəsiqə qazandıq, ardından qrup mərhələsində ilk xalımızı qazandıq, indi də “İnter” kimi nəhəng klubla heç-heçə etdik. Fikrimcə, yaxın 10 ildə çətin ki, klublarımızdan hansısa bizim nəticəmizi təkrarlaya bilər”.
