7 dekabr 2012 11:49

Bruno Bertuççi: Neftçi 3 xaldan daha çox toplaya bilərdi

“Neftçi”nin futbolçusu Bruno Bertuççi UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın “İnter” klubuna qarşı keçirdikləri oyundan (2:2) sonra azerisport.az saytına müsahibə verib.
 
- Oyunla bağlı təəssüratlarınız necədi?
- Birinci hissədə biz o qədər də uğurlu çıxış etmədik. “İnter” topa daha çox nəzarət edirdi. Oyunun gedişinə nəzarəti əldə saxlamaq istəyirdilər. Bu üzdən də bizə çətindi. Amma ikinci yarıda biz özümüzə gəldik. Əlbəttə, Rəşad Sadiqovun möhtəşəm qolu bizə çox kömək etdi.
 
- Böyükağa Hacıyev fasilədə sizə nə dedi, necə motivasiya etdi?
- Baş məşqçimiz lazım olan sözləri tapıb deməyi bacarır. O, bizə toparlanmaq lazım olduğunu bildirdi. Amma biz özümüz də hər şeyi gözəl başa düşürdük.
 
- 2:2 normal nəticədi?
- Bəli, tamamilə. Xüsusilə də bir Azərbaycan klubu üçün. Özü də oyunun Milanda keçirildiyini də nəzərə almaq lazımdı. Bu, bizim üçün çox vacib oyun idi.
 
- Demək olar ki, “Neftçi”yə keçəndən sonra karyeranızda yeni mərhələyə qədəm qoymusuz?
- Əvvəllər mən avrokubokların qrup mərhələsində oynamamışdım. Amma indi belə bir imkan qazanmışam.
 
- Qrup mərhələsini 3 xalla başa vurdunuz. Bu göstəricini necə qiymətləndirirsiz?
- Yaxşı nəticədi. Amma daha çox qazana bilərdik. Məsələn, “Partizan”la oyunlarda. Lakin nəzərə almaq lazımdı ki, biz Avropa Liqasında ilk dəfə belə ciddi sınaq qarşısında idik. Ona görə də bu nəticəni kifayət qədər normal sayıram.
 
- Kanalesin fərqləndiyi epizodda qapıçı sizin ilk zərbənizi dəf etdi. Həmin anda mətbuat nümayəndələri az qala qışqırırdılar ki, “ötürmə ver”. Siz ötürmə verməsəz də, sonda yenə hesabın bərabərləşməsinə səbəb oldunuz...
- Bu, yaxşı epizod idi. Qapıçı çox yaxşı reaksiya nümayiş etdirdi. Amma xoşbəxtlikdən Nikolas lazım olan vaxtda lazım olan yerdə idi. Şadam ki, Kanales qol vurdu. Görünür, qismət belə imiş.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.