7 dekabr 2012 12:01
Kordoba: Neftçi A Seriyasında çıxış edə bilər
İtaliyanın “İnter” klubunun meneceri İvan Kordoba UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində, o, 2:2 hesabıyla başa çatan qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Fikrimcə, “Neftçi” A Seriyasında mübarizə apara bilər. Digər tərəfdən bu mübarizəyə B Seriyasından başlamaq daha yaxşı olardı. Çünki elitaya yol məhz burdan keçir”.
