7 dekabr 2012 12:18
Elxan Məmmədov: Neftçinin Avroliqadakı çıxışını uğurlu hesab edirəm
AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan çempionu “Neftçi”nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya “İnter”i ilə oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Neftçi”nin Avropa Liqasının qrup mərhələsinə çıxması onsuz da böyük sevincə səbəb olmuşdu. Klubumuzun bu turnirdəki çıxışını izləmək çox xoş, eyni zamanda həyəcanverici idi. Fikrimcə, 3 xal belə bir turnirdə debüt edən komanda üçün kifayət qədər normal və layiqli göstəricidi. Milan “İnter” ilə səfərdə heç-heçə oynamağımız xüsusi sevindirici məqamlardandı. Hansı ki, bu komanda iki il öncə Çempionlar Liqasının qalibi olmuşdu”.