8 dekabr 2012 00:25
Millimizin üzvü Beşiktaşa qarşı oynamadı
Türkiyənin “Eskişehirspor” klubu Super Liqada növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Əskişəhər təmsilçisi 15-ci tur çərçivəsində səfərdə “Beşiktaş” ilə qarşılaşıb.
Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Beləcə, əskişəhərlilər mövsümdə beşinci dəfə sülhə razılaşmalı olublar.
“Eskişehirspor”da forma geyən Azərbaycan yığmasının üzvü Ufuk Budaq bu dəfə də oynamayıb. Baş məşqçi Ersun Yanal ona ilk “18-lik”də də yer verməyib.
“Eskişehirspor” hazırda 23 xalla 5-ci yerdə gedir.
