7 dekabr 2012 12:42
Sadıq Sadıqov: Milanda son 30 saniyə çox uzun çəkdi
“Neftçi”nin prezidenti Sadıq Sadıqov Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən İtaliya “İnter”i ilə oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- “İnter”lə oyun haqda təəssüratlarınız necədi?
- Yaxşı oyun alındı. Elə nəticə də yaxşı hesab oluna bilər.
- Baş məşqçi Böyükağa Hacıyev həmişə mətbuat konfranslarında sizin komandaya köməyinizdən danışır. Oyunçular da bunu gizlətmirlər...
- Mən daim komanda ilə birgə olmağa çalışıram. Onların məşqlərinə, oyunlarına gedirəm. Onların bütün dərd-səri ilə yaxından maraqlanmağa çalışıram. Həll olunası problemlərini bilmək istəyirəm. Hər məğlubiyyətlərini, qələbələrini birgə yaşamağa çalışıram. Bu oyun ərəfəsində də bir neçə dərman içməli oldum. Özünüz də gördünüz. Milandan xal götürməyimiz çox sevindiricidi. Çox şadam ki, İtaliyadan əliboş qayıtmırıq.
- Sadiqovun qolu, Kanalesin yekun nəticəni müəyyənləşdirməsi və final fiti. Hansı daha çox yaddaqalan oldu?
- Sona 30 saniyə qalmış final fiti səsləndi. Mən elə düşündüm ki, oyun qurtardı. Bir-birimizi təbrik etməyə başlamışdıq. Amma sonra gördük ki, oyun davam edir. Bu, oyunçuları da çaşdırdı. Həmin son 30 saniyə çox uzun çəkdi. Bu, daha çox yadımda qaldı.

- Hacıyev digər klub prezidentlərinə sizin metodunuzdan istifadə etməyi məsləhət görür...
- Bu, onun fikridi. Mən isə özümü kimdənsə yaxşı hesab etmirəm. Mənim əsas üstünlüyüm ondadı ki, futbola idmandan gəlmişəm. Uzun müddət “Neftçi” İSM-ə rəhbərlik etmişəm. İdmançılara nə lazım olduğunu yaxşı bilirəm. Yəqin ki, həmin təcrübə indi köməyimə çatır.
- Hacıyevin bəzi açıqlamaları sizə çox kəskin görünmür ki?
- Mənə elə gəlir ki, onun belə danışmağa haqqı çatır. O, öz sözünü əməldə də həyata keçirir. Hacıyev nəticə qazanır, rəqabətdən qorxmur. Böyükağa özü məşqçiləri rəqabətə dəvət edir. Əgər kimsə onu məğlub etmək istəyirsə, buyursun. Mən çox sevinirəm ki, “Neftçi” bütün bu uğurlarını azərbaycanlı məşqçinin rəhbərliyi altında qazanır.

- “Neftçi”dən bundan sonra nə gözləyək?
- Bizə dayanmaq olmaz. Çempionluq uğrunda mübarizəmizi davam etdiririk. Komandanı gücləndirmək lazımdı.
- Bizə dayanmaq olmaz. Çempionluq uğrunda mübarizəmizi davam etdiririk. Komandanı gücləndirmək lazımdı.
- Yenidən çempion olmaq istəyirsiz?
- Mən ardıcıl beş dəfə Azərbaycan çempionu olmağımızı istəyirəm. Ondan sonra rahatca istefaya gedə bilərəm.
- Mən ardıcıl beş dəfə Azərbaycan çempionu olmağımızı istəyirəm. Ondan sonra rahatca istefaya gedə bilərəm.