8 dekabr 2012 01:32

Foqts: Böyükağa Hacıyevin ideyası gülməlidi

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts azerisport.az saytına müsahibəsində “Neftçi”nin Avroliqada İtaliya “İnter”i ilə oyunundan danışıb, millinin seleksiya xarakterli toplanışından danışıb, eləcə də Böyükağa Hacıyevin onu duelə çağırmasına münasibət bildirib.
 
- “Neftçi”nin “İnter”lə heç-heçəsi barədə nə deyə bilərsiz?
- İtalyanların heyətində kimlərin oynamasından asılı olmayaraq, “Neftçi”nin qazandığı nəticə çox yaxşıdı. Bu heç-heçəyə çox sevindim. Dostum Böyükağa Hacıyevi təbrik edirəm.
 
- “Neftçi”nin bütövlükdə qrup mərhələsindəki çıxışını necə qiymətləndirirsiz?
- Mən bakılıların iki ev oyununu da izləmişdim. Komandanın nəticələrinin yaxşı olduğunu düşünürəm. Yaxşı oyunlar sərgilədilər. Digər tərəfdən “Neftçi” unutmamalıdı ki, AFFA və Premyer Liqa klubları onlara çox güzəştə getdi. Onların bəzi oyunlarının təxirə salınmasını nəzərdə tuturam. Hətta demək olar ki, bu yolda az qala hamı onlara kömək etməyə çalışırdı. Bunun sayəsində Avropada Azərbaycanın klub futbolunun heç də zəif olmadığını bildilər.
 
- “Xəzər Lənkəran”la “Bakı” arasındakı oyunu da izləmişdiniz...
- Maraqlı oyun oldu, komandalar xeyli qol vəziyyətləri yaratdılar. Fikrimcə, qonaqlar qələbə qazanmağa daha çox yaxın idilər. Amma heç-heçəni də ədalətli nəticə sayıram.
 
- Bir neçə gün öncə “Neftçi”nin baş məşqçisi sizin çalışdırdığınız yığmayla yoxlama oyunu keçirmək təklifi ilə çıxış etdi. Bunu necə qarşıladınız?
- O, çox şən inşandı.

- Bu, sizin ona cavabınızdı?
- Mən onun bu sözünü çox əyləncəli və gülməli hesab edirəm. Başqa heç nə deyə bilmərəm. Almaniyada adətən karnavallar zamanı belə sözlər deyirlər ki, insanların əhval-ruhiyyəsi qalxsın.
 
- Sözlərinizdən belə düşdük ki, yığmanın “Neftçi” ilə oyun keçirməsini istəmirsiniz...
- Mən bunu şərh etmək istəmirəm. Çünki çox gülməli ideyadı.
 
- Yığmanın seleksiya xarakterli son toplanışından yeni futbolçular tapa bildiniz?
- 3-4 futbolçu özünü yaxşı tərəfdən göstərə bildi. Onları bir daha sınaqdan keçirəcəyəm. Həmin futbolçular gələn il bizimlə birgə Dubaya aparılacaqlar. Orda hazırlıqlarımız daha ağır olur. Onlar orda özlərini göstərməlidilər.
 
- O xoşbəxtlər hansılar olacaqlar?
- Bunu üç həftədən sonra biləcəksiz.

- Nə vaxta kimi Azərbaycandasız?
- Toplanışdan sonra mən burda qalmağa, Premyer Liqanın oyunlarına baxmağa qərar verdim. Dekabrın 9-da gedəcəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.