7 dekabr 2012 12:53
Valter Samuel: Neftçi heç-heçəyə layiq idi
İtaliyanın “İnter” klubunun futbolçusu Valter Samuel UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 2:2 hesabıyla başa çatan qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Neftçi” oyunun ikinci hissəsində çox ciddi dönüş yaratdı və yaxşı oynadı. Məhz bu üzdən rəqibimiz iki qol da vurdu. Bəzi epizodlarda qonaqlar hətta bizi üstələyirdilər. Azərbaycanlıları təbrik edirəm. Onlar heç-heçəyə layiq idilər”.
