7 dekabr 2012 13:55
Mahmud Qurbanov: Görüşün Qarabağ üçün asan olacağını fikirləşmirəm
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov bu gün “Qarabağ”la keçirəcəkləri oyun barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, gənc məşqçi matçın çətin keçəcəyini bildirib:
“Rəqib çempionatın iddialı klublarından biridir. Biz isə autsayderik. Bu üzdən “Qarabağ”ı oyunun favoriti saymaq olar. Amma görüşün onlar üçün asan olacağını fikirləşmirəm. Gərgin oyun olacaq. Meydanda mübarizə aparıb, ağdamlılara müqavimət göstərməyə çalışacağıq”. (klub saytı)
