7 dekabr 2012 14:26

Neftçi Azərbaycanı UEFA reytinqində 32-ci etdi

Avropa Liqasının qrup mərhələsinin ötən gün baş tutan son turunun oyunları Azərbaycanı UEFA reytinqində irəli salıb. Azerisport.az xəbər verir ki, ölkəmiz bu siyahıda daha bir pillə irəliləyib.
 
Qeyd edək ki, ötən gün Azərbaycanın avrokuboklardakı təmsilçilərindən sonuncusu – “Neftçi” növbəti oyununu keçirdi. Belə ki, “ağ-qaralar” İtaliyanın “İnter” klubunun qonağı oldu. Paytaxt təmsilçisi ilk dəfə çıxdığı belə mötəbər turnirin qrup mərhələsinin oyununda növbəti heç-heçəsinə nail oldu – 2:2.
 
“Neftçi”nin bu tarixi heç-heçəsi ölkəmizin reytinqinə də təsirsiz ötüşmədi. Belə ki, paytaxt klubu ümumi hesaba daha 0,250 xal yazdırmış oldu. Çünki təsnifat mərhələsindən fərqli olaraq, qrup yarışlarında heç-heçə 0,125 yox, 0,250 xal gətirir ki, nəticədə “Neftçi”nin bu heç-heçəsindən sonra Azərbaycanın xal ehtiyatı daha da yaxşılaşdı.
 
Beləliklə, hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 32-ci pilləyə qalxıb. Ölkəmiz bu dəfə Finlandiyanı qabaqlayıb. İndi Azərbaycanın hesabında 8.541 reytinq xalı var ki, onun da 3.000 xalı cari mövsümdə qazanılıb. Bundan 1,625 xal “Neftçi”nin, 0,750 xal “İnter”in, 0,500 xal “Xəzər Lənkəran”ın, qalanı isə “Bakı”nın (0,125) payına düşür.
 
Onu da əlavə edək ki, klublarımızın təsnifat mərhələsindəki istənilən qələbəsi Azərbaycana 0,250 reytinq xalı qazandırırdı, heç-heçə isə sadəcə 0,125 xal verirdi. Amma qrup mərhələsində heç-heçə 0,250, qələbə 0,500 xal verirdi.
 
Beləcə, Azərbaycan avrokuboklardakı ən yaxşı göstəricisini bir daha yeniləyib. Qeyd edək ki, 2010-11 mövsümündə 2,000 xal toplamış klublarımız bundan artığına nail ola bilməmişdilər. Amma bu mövsüm nəhayət ki, daha ciddi irəliləyişə nail olmaq mümkün oldu. “Neftçi”nin qrup mərhələsindəki uğurlu çıxışı Azərbaycanı reytinq siyahısında xeyli irəli saldı.
 
Sonda reytinq cədvəlinin son variantını təqdim edirik:
 
#
Ölkə
08/09
09/10
10/11
11/12
12/13
Cəmi xal
 
1
İspaniya
13.312
17.928
18.214
20.857
13.857
84.168
 
2
İngiltərə
15.000
17.928
18.357
15.250
11.142
77.677
 
3
Almaniya
12.687
18.083
15.666
15.250
13.357
75.043
 
4
İtaliya
11.375
15.428
11.571
11.357
10.750
60.481
 
5
Fransa
11.000
15.000
10.750
10.500
10.083
57.333
 
6
Portuqaliya
6.785
10.000
18.800
11.833
8.416
55.834
 
7
Ukrayna
16.625
5.800
10.083
7.750
8.833
49.091
 
8
Hollandiya
6.333
9.416
11.166
13.600
3.928
44.443
 
9
Rusiya
9.750
6.166
10.916
9.750
7.083
43.665
 
10
Belçika
4.500
8.700
4.600
10.100
6.300
34.200
 
11
Yunanıstan
6.500
7.900
7.600
7.600
4.400
34.000
 
12
Türkiyə
7.000
7.600
4.600
5.100
6.400
30.700
 
13
Kipr
6.333
4.250
3.125
9.125
4.000
26.833
 
14
İsveçrə
2.900
5.750
5.900
6.000
6.125
26.675
 
15
Danimarka
8.200
4.400
6.700
3.100
3.300
25.700
 
16
Avstriya
2.250
9.375
4.375
7.125
2.250
25.375
 
17
İsrail
1.750
7.250
4.625
6.000
3.250
22.875
 
18
Çexiya
2.375
4.100
3.500
5.250
7.000
22.225
 
19
Rumıniya
2.642
6.083
3.166
4.333
6.000
22.224
 
20
Polşa
5.000
2.125
4.500
6.625
2.500
20.750
 
21
Belarus
4.000
3.375
5.875
3.125
4.250
20.625
 
22
Xorvatiya
4.333
3.000
4.125
3.750
4.375
19.583
 
23
İsveç
2.500
2.500
2.600
2.900
5.125
15.625
 
24
Şotlandiya
1.875
2.666
3.600
2.750
4.300
15.191
 
25
Serbiya
3.000
3.000
3.500
2.125
3.000
14.625
 
26
Slovakiya
4.833
2.500
3.000
2.375
1.500
14.208
 
27
Norveç
2.500
2.100
2.375
2.300
4.900
14.175
 
28
Bolqarıstan
2.250
3.125
4.625
1.500
0.750
12.250
 
29
Macarıstan
1.000
2.750
2.750
2.250
3.000
11.750
 
30
Sloveniya
1.333
1.375
1.500
2.250
3.250
9.708
 
31
Gürcüstan
1.166
1.750
1.875
2.875
1.500
9.166
 
32
Azərbaycan
0.666
1.500
2.000
1.375
3.000
8.541
 
33
Finlandiya
1.833
1.375
1.800
1.500
2.000
8.508
 
34
Bosniya-Herseqovina
1.833
1.750
1.875
1.125
1.250
7.833
 
35
Moldova
0.666
2.125
2.125
0.500
2.250
7.666
 
36
İrlandiya
2.500
1.375
1.000
1.500
1.000
7.375
 
37
Litva
2.500
1.250
0.625
1.000
1.125
6.500
 
38
Qazaxıstan
0.833
1.250
0.875
1.625
1.375
5.958
 
39
Latviya
1.166
2.250
0.500
0.625
1.250
5.791
 
40
İslandiya
1.166
1.250
0.375
1.375
1.250
5.416
 
41
Monteneqro
0.500
1.125
1.750
0.500
1.375
5.250
 
42
Makedoniya
0.500
0.500
1.375
1.625
1.250
5.250
 
43
Albaniya
0.666
1.000
0.875
0.875
0.750
4.166
 
44
Malta
0.000
0.750
1.500
0.833
0.875
3.958
 
45
Lixtenşteyn
0.000
1.000
0.500
2.000
0.000
3.500
 
46
Lüksemburq
0.000
0.250
0.625
1.125
1.375
3.375
 
47
Şimali İrlandiya
0.333
0.125
1.125
0.500
1.000
3.083
 
48
Uels
0.333
0.250
0.875
0.625
0.500
2.583
 
49
Estoniya
0.333
0.875
0.250
0.375
0.375
2.208
 
50
Ermənistan
0.000
0.500
0.250
0.125
0.875
1.750
 
51
Farer adaları
0.333
0.000
0.250
0.500
0.500
1.583
 
52
San Marino
0.000
0.500
0.166
0.000
0.000
0.666
 
53
Andorra
0.000
0.500
0.000
0.000
0.000
0.500
 

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.