7 dekabr 2012 14:37
Neftçi Qarabağın rekordunu təzələdi
UEFA bu həftə yekun vurulun avrokubok oyunlarından sonra klubların növbəti reyqinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, “İnter”lə bərabərə qalan “Neftçi” 21 pillə irəliləyərək 226-cı yerə yüksəlib.
Bununla paytaxt təmsilçisi reyqinqdə bu günə qədər Azərbaycan klubları arasında ən yaxşı göstəriciyə malik olmuş “Qarabağ”ı da geridə qoyub. Ağdam təmsilçisi isə bir pillə geriləyərək 227-ci yerə düşüb.
Son beş ilin nəticələrinə əsasən, hazırlanan siyahıda Azərbayan klublarından “Bakı” 267-ci, “İnter” 291-ci, “Xəzər Lənkəran” 318-ci, AZAL 365-ci, “Simurq” 366-cı yeri tutur.
