7 dekabr 2012 15:23

Topaz Premyer Liqası, 16-cı tur: Aslan Kərimovun proqnozu

Futbol üzrə Azərbaycanın U-16 yığmasının baş məşqçisi Aslan Kərimov Topaz Premyer Liqasının 16-cı turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb. Azerisport.az həmin proqnozlarla sizi də tanış edir.

Qarabağ – Kəpəz
Ağdam təmsilçisi üçün “Neftçi” üzərindəki qələbədən sonra bu oyunda xal itirmək olmaz. Həm də “Kəpəz”in indi ciddi problemləri var. Ona görə də ağdamlıların qələbə qazanacaqlarını düşünürəm.
 
Sumqayıt – Qəbələ
Son turlarda “Qəbələ” yaxşı çıxış etsə də, “Bakı” ilə ev oyununda məğlub oldu. İndi Ramiz Məmmədovun yetirmələri növbəti dəfə xal itirmək istəməyəcəklər. “Sumqayıt”ın isə itiriləsi heç nəyi yoxdu. Komanda son pillələrdə gedir. “Qəbələ” üç xala sevinən tərəf olacaq.
 
İnter – AZAL
“İnter”in bu mövsüm çempion olmaq üçün əla şansı var. Buna görə də onlara hər oyunda qələbə qazanmaq vacibdi. Maraqlı oyun izləyəcəyik. Amma mən yenə də “İnter”in qələbəsini görürəm.

Simurq – Xəzər Lənkəran
“Xəzər Lənkəran”da işlər hazırda heç də yaxşı getmir. Heyətində əla futbolçular cəmləşsə də, bu komanda hələ öz oyununu tapa bilmir. Yeni baş məşqçinin öz ideyalarını aşılaması üçün zaman lazımdı. “Simurq” isə yeni mövsümdə əla təsir bağışlayır. Əgər XL fərdi planda güclüdüsə, “Simurq” komanda oyunu ilə diqqət çəkir. Fikrimcə, Zaqatalada heç-heçə olacaq.
 
Turan – Bakı
Malraqlı oyun olacaq. Tovuz stadionunun qazonu pis gündədi. Bu, komandaların şanslarını bərabərləşdirir. Amma uğurun “Bakı”nın tərəfində olacağını düşünürəm. Son dövrlər bu komanda öz oyununu tapmağa başlayıb. Asan olmayaq, lakin bakılılar qazanacaq.

Neftçi – Rəvan
“Neftçi”nin avrokuboklardakı oyunu da göstərdi ki, komanda yaxşı formadadı. Bu mövsüm “Rəvan” onlara qalib gəlib. Amma bu dəfə “Neftçi”nin üstün olacağını düşünürəm. Bu komanda revanş alacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.