7 dekabr 2012 15:30
Berti Foqtsun izləyəcəyi oyunlar bəlli oldu
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqrts Topaz Premyer Liqasının 16-cı turun iki oyununu izləyəcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, almaniyalı mütəxəssis bu gün keçiriləcək "Qarabağ" - "Kəpəz" oyununu və sabah - dekabrın 8-də keçiriləcək "Sumqayıt" - "Qəbələ" qarşılaşmasını izləyəcək.
