8 dekabr 2012 22:44
Kəpəzdə bu gün məşq, sabah istirahət
Dünən “Qarabağ”la oyundan sonra Gəncəyə qayıdan “Kəpəz” bu gün doğma şəhərdə məşqə çıxıb. Azerisport.az xəbər verir ki, məşqçilər korpusu Ağdam klubu ilə görüşdə forma geyinməyən futbolçuları meydana çıxarıb.
Hazırlıq prosesi yüngül formada keçib. Bazar günü istirəhət edəcək komanda üzvləri dekabrın 10-dan məşqlərə başlayacaqlar. Məşq saat 15:00-a təyin olunub.
