9 dekabr 2012 17:11
Rail və komandası qələbəni əldən verdi (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Rail Məlikovun şərəfini qoruduğu Türkiyənin “Denizlispor” klubu bu gün növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, onun komandası PTT Birinci Liqanın 15-ci turu çərçivəsində “Şanlıurfaspor” ilə qarşılaşıb.
Oyun rəqib meydanda keçirilirdi. Ona görə də Dənizli klubu bu görüşdən ən azı bir xalla ayrılmağı hədəfləmişdi. Onlar bu istəklərinə çatıblar. Halbuki, Railin komandası bu oyunda qələbə də qazana bilərdi. Amma dənizlilər 74-cü dəqiqədə əldə etdikləri üstünlüklərini son saniyələrdə əldən veriblər.
Bu görüşdə Railin də forma geyməsi istisna deyildi. Baş məşqçi Selahattin Dervent ötən turlarda olduğu kimi, onu bu dəfə də start heyətdə meydana buraxıb. Həmyerlimiz sona qədər meydanda olub.
Qeyd edək ki, Railin komandası 15 oyuna 18 xalla 10-cu yerdə gedir.
PTT Türkiyə Birinci Liqası
15-ci tur
9 dekabr
Şanlıurfaspor – Denizlispor - 1:1
