10 dekabr 2012 00:24
Cihan Özkara və komandası üçün yağış əngəli (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu Türkiyənin “Erciyesspor” klubu bu gün növbəti matçına çıxmalıydı. Azerisport.az xəbər verir ki, onun komandası PTT Birinci Liqanın 15-ci turu çərçivəsində “Karşıyaka” ilə qarşılaşacaqdı.
Lakin rəqib meydanında keçirilməli olan görüş baş tutmayıb. Buna qardaş ölkədə yağan güclü yağışlar səbəb olub. Arenanın qazonu futbol oynamaq üçün yararlı olmadığından, təşkilatçılar qarşılaşmanın başqa vaxta keçirilməsinə qərar veriblər.
Qeyd edək ki, Özkaranın komandası geridə qalan 14 oyuna topladığı 27 xalla birinci yerdə gedir.
