9 dekabr 2012 17:07
İnter və AZAL sülhə razı oldu (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan Topaz Premyer Liqasında 16-cı turun növbəti oyunu keçirilib. Azerisport.az xəbər verir ki, üçüncü oyun günündə də bir görüş baş tutub.
Paytaxt derbisində “İnter” AZAL ilə üz-üzə gəlib. “Təyyarəçilər” son dövrlər uğursuz çıxış etsələr də, son turda səfərdə “Xəzər Lənkəran” üzərində qələbə qazanmaqla komandadakı atmosferi xeyli yaxşılaşdırmış oldu. Amma Vaqif Sadıqovun yetirmələri üçün “bankirlər” üzərində qələbə qazanmaq çətin olacaqdı. Çünki bu komanda hazırda turnir cədvəlinin liderlərindən idi və derbidə də əsas favorit hesab olunurdu.
Lakin 90 dəqiqəlik mübarizədən qalib çıxan olmayıb. Komandalar qolsuz heç-heçə sayəsində hərəyə bir xal qazanıblar.
Topaz Premyer Liqası
16-cı tur
9 dekabr (bazar)
İNTER – AZAL - 0:0 (0:0)
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Elman Musayev, Orxan Məmmədov
Bakı. “Şəfa” stadionu.
Oyun başladı
5. Benuahinin təhlükəli zərbəsində azacıq dəqiqlik çatışmır
10. Hər iki komanda oyunun əvvəlindən etibarən fəaldı
15. Tsxadadzenin təhlükəli baş zərbəsini A.Ağacanov tutur
16. Nildonu kobudluqla dayandıran Abramidze sarı vərəqə alır
20. Mübarizə daha çox meydanın mərkəzində keçir
22. Meydan sahibləri korner qazanırlar, amma bundan yaxşı yararlana bilmirlər
30. Oyunda qol vəziyyətləri demək olar ki, yox səviyyəsindədi
32. Benuahinin zərbəsi qapıdan aralı keçir
33. Baçana daha bir qeyri-dəqiq zərbə ilə yadda qalır
34. AZAL kornerdən qol vurmaq istəsə də, Lomaya təhlükəni sovuşdurur
36. Qonaqlar hesabı açmağa çox yaxın olsa da, Benuahinin zərbəsi dirəkdən dönür
37. AZAL daha bir korneri boşa verir
40. "Təyyarəçilər" hissənin sonlarında təzyiqi artırıblar
41. R.Əmircanov sarı vərəqə ilə cəzalanır
45. İlk yarıya 1 dəqiqə əlavə olunur
45+1. T.Novruzov sarı vərəqə ilə cəzalanır. Bu vərəqə ona əllə oyuna görə verilir. Maraqlıdı ki, bu epizodda Tagim cərimə meydançası daxilində əllə oynasa da, qonaqların qapısına penalti təyin olunmur. Hakim sadəcə cərimə meydançası xaricindən cərimə zərbəsi təyin edir. Çox ziddiyətli və mübahisəli bir qərardı
Birinci hissə başa çatdı
İkinci hissə başladı
48. İ.Niasse də sarı vərəqə alır
50. AZAL çox təhlükəli nöqtədən cərim zərbəsi vurmaq hüququ qazanır: Benuahinin vuruşunda top canlı səddən qayıdır
57. Künc zərbəsi zamanı Niassenin hesabı açmaq cəhdi alınmır
63. Benuahinin başla zərbəsi qapıdan yan keçir
65. AZAL daha bir qol epizodunu boşa verir
67. X.Fransiskonu C.Tağlyev əvəzləyir
78. O.Klyava da sarı vərəqə alır
79. Nildonun zərbəsini son anda Lomaya tutur
82. AZAL yüzfaizli qol epizodu yaratsa da, Lomaya ardıcıl iki möhtəşəm reaksiya ilə topun qapıya girməsinə mane olur
83. R.Tağızadəni O.Həsənov əvəzləyir
85. "İnter" ardıcıl iki korner vuruşundan yararlana bilmir
86. T.Şützü A.Məmmədov, S.Georgiyevskini isə S.Zərgərov əvəzləyir
90. Matçın əsas vaxtına 5 dəqiqə əlavə olunur
Matç başa çatdı
İNTER: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 5. Slavço Georgiyevski, 7. Ruslan Əmircanov, 15. Vladimir Levin (k), 20. Brüs Abdulay, 21. Arif Daşdəmirov, 23. Tales Şutz, 25. İbrahima Niasse, 28. Baçana Tsxadadze, 47. Abdulla Abatsiyev.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 6. Samir Zərgərov, 8. Nizami Hacıyev, 9. Daniel Genov, 11. Asif Məmmədov, 13. Coşqun Diniyev, 18. İliya Kandelaki.
AZAL: 1. Amil Ağacanov, 2. Xuan Fransisko, 3. Usim Nduka (k), 4. Xose Junior Aylton, 6. Tagim Novruzov, 11. Zohair Benuahi, 15. Oskar Klava, 16. Junior Nildo, 20. Branislav Arseniyeviç, 17. Viktor İbekoyi, 22. Ruslan Tağızadə.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 7. Cavid Tağıyev, 9. Elşən Məmmədov, 10. Tərlan Xəlilov, 23. Tural Nərimanov, 37. Andrius Veliçka, 99. Orxan Həsənov.
Turun digər oyunları: Qarabağ – Kəpəz - 3:1, Sumqayıt - Qəbələ - 0:1, Turan – Bakı, Simurq – Xəzər Lənkəran, Neftçi – Rəvan.
| 1 | Qarabağ | 16 | 7 | 6 | 3 | 22 | 16 | +6 | 27 |
| 2 | İnter | 15 | 7 | 6 | 2 | 15 | 6 | +9 | 27 |
| 2 | Simurq | 15 | 7 | 5 | 3 | 17 | 9 | +8 | 26 |
| 4 | Qəbələ | 16 | 7 | 4 | 5 | 19 | 17 | +2 | 25 |
| 5 | Neftçi | 12 | 7 | 0 | 5 | 26 | 15 | +11 | 21 |
| 6 | AZAL | 15 | 5 | 6 | 4 | 19 | 15 | +4 | 21 |
| 6 | XL | 15 | 5 | 5 | 5 | 20 | 14 | +6 | 20 |
| 8 | Turan | 15 | 5 | 4 | 6 | 19 | 20 | –1 | 19 |
| 9 | Bakı | 14 | 3 | 8 | 3 | 14 | 11 | +3 | 17 |
| 10 | Rəvan | 15 | 4 | 4 | 7 | 14 | 23 | –9 | 16 |
| 11 | Sumqayıt | 16 | 3 | 5 | 8 | 12 | 29 | –17 | 14 |
| 12 | Kəpəz | 16 | 2 | 3 | 11 | 10 | 32 | –22 | 9 |
Bombardirlər:
12 - Nikolas Kanales (Neftçi)
8 - Franko Nildo (AZAL)
7 - Salif Ballo (Turan)
6 - Zohair Benuahi (AZAL)
