8 dekabr 2012 11:23
Flavinyo: İnterlə oyun çox böyük təcrübədi
“Neftçi”nin yarımmüdafiəçisi Flavinyo UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliyanın “İnter” klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, Milanda baş tutan və 2:2 hesabıyla başa çatan qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Mən çox şadam ki, dünyanın ən yaxşı komandalarından biri ilə heç-heçə edə bildik. Onların heyətində milyon avroluq futbolçular çıxış edirlər. Bu, mənim üçün çox böyük təcrübədi”.
