8 dekabr 2012 11:57
“Neftçi ilə oyunun nəticəsi kifayət qədər normaldı”
İtaliyanın “İnter” klubunun futbolçusu Marko Livaya UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Mənə elə gəlir ki, “Neftçi” ilə oyunun nəticəsi kifayət qədər normaldı. Ən azı meydana bu qədər gənc futbolçu ilə çıxmağımızı nəzərə almaq lazımdı. Onların bəzilərinin heç 19 yaşı tamam olmayıb. Ona görə də bu heç-heçəni aktivimizə yazmaq olar”.
