9 dekabr 2012 00:02
“Rəqib bizdən güclü idi və qələbə qazandı”
Son oyunda “Qarabağ”a məğlubiyyət “Kəpəz”in kapitanı Azər Məmmədova pis təsir edib. Azerisport.az xəbər verir ki, təcrübəli müdafiəçi klub saytına qısa açıqlamasında bunu açıq-aşkar büruzə verib:
“Məncə, çox danışmağa ehtiyac yoxdu. Hamı oyunu izlədi. Rəqib bizdən güclü idi və qələbə qazandı. Özümüzə gəlincə, zəif oynayıb uduzduq”.
