8 dekabr 2012 12:14
Nikolas Kanales: 3-cü qolu vursaydım, formamı çıxarmağa dəyərdi
“Neftçi”nin hücumçusu Nikolas Kanales Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya “İnter”i ilə oyundan (2:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Siz təkcə ölkə çempionatında yox, həm də Avroliqada komandanızın bombardirisiz. Özünüzü “Neftçi”nin hücum xəttinin lideri kimi necə hiss edirsiz?
- Çox yaxşı. Deməli, mən artıq komandaya uyğunlaşa və öz yerimi tapa bilmişəm. Bu, mənim üçün əsas hədəflərdən biri idi.
- Çox yaxşı. Deməli, mən artıq komandaya uyğunlaşa və öz yerimi tapa bilmişəm. Bu, mənim üçün əsas hədəflərdən biri idi.
- İki qol vurdunuz, ikisi də “İnter”ə. Şəxsi karyeranız baxımından bu, nə dərəcədə önəmlidi?
- Qol vurmaq işimdi. Əlbəttə, bunu “İnter”lə oyunda etmək daha da xoşdu. Özü də belə vacib turnirdə. Bu qollar mənim karyeramda xüsusi yer tutacaq.
- Qol vurmaq işimdi. Əlbəttə, bunu “İnter”lə oyunda etmək daha da xoşdu. Özü də belə vacib turnirdə. Bu qollar mənim karyeramda xüsusi yer tutacaq.
- Hesabı bərabərləşdirəndə çox sakit görünürdünüz...
- Düzünü deyim ki, həmin anı xatırlamıram. Doğrudan da kənardan elə görünürdü? Əslində mənim xarakterim belədi. Qollarımı sakit qeyd edirəm.
- Son dəqiqələrdə daha bir qol vurula bilərdi. Sizcə, buna “İnter” daha çox layiq idi, yoxsa “Neftçi”?
- Bunu demək çətindi. Bizim daha iki qol epizodumuz oldu ki, dəyərləndirə bilmədik. Hətta mən sonda qələbə qolunu da vurmağa yaxın idim. Bax buna nail olsaydım, formamı çıxarmağa dəyərdi. Axı bu, tarixi bir qol olacaqdı.

- Mövsümün sonuna hələ çox qaldığını nəzərə alsaq, yəqin ki, qollarınızın sayını da artıracaqsız...
- Əlbəttə, belə bir hədəfim var. Qarşıda yarım il var. Bu müddət ərzində bombardir də olmaq olar. O vaxt gələcək karyera barədə də düşünmək olar.
- May ayında müqavilənizin müddəti başa çatacaq. Qalacaqsız, yoxa komandanı tərk edəcəksiz?
- Məni indiki komandamda hər şey qane edir. Mənim üçün əsas keyfiyyətlərdən biri özümə qarşı gördüyüm münasibətdi. Əgər mən özümü kollektivdə yaxşı hiss edirəmsə, nəyisə dəyişməyə ehtiyac duymuram.
- Məni indiki komandamda hər şey qane edir. Mənim üçün əsas keyfiyyətlərdən biri özümə qarşı gördüyüm münasibətdi. Əgər mən özümü kollektivdə yaxşı hiss edirəmsə, nəyisə dəyişməyə ehtiyac duymuram.
- Belə çıxır ki, qalmağı planlaşdırırsız?
- Əgər hər şey yaxşı olsa, hə. “Neftçi”də oynamaq mənə xoşdu.