8 dekabr 2012 12:25
Neftçinin futbolçusu barmağını sındırdı
“Neftçi”nin futbolçusu Saşa Yunisoğlu xoşagəlməz aqibətlə üzləşib. Azerisport.az xəbər verir ki, müdafiəçinin əl barmağı sınıb.
Bu komandanın son məşqlərindən birində baş verib. Nəticədə Saşanın əli gipsə qoyulub. Həkimlər onun məşq etməsinə də icazə vermirlər. Bu üzdən o, hətta Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən İtaliya “İnter”i ilə səfər matçına da aparılmayıb.
Yunisoğlunun yaxın günlərdə yenidən məşqlərə başlaması gözlənilir.
