8 dekabr 2012 12:54
Turanın bazası yandı: Bakı ilə oyun baş tutmaya bilər
Tovuzun “Turan” klubunun bazasında yanğın olub. Azerisport.az xəbər verir ki, hadisə ötən gecə baş verib.
Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, bu, futbolçulardan birinin ehtiyatsızlığı ucbatından baş verib. Nəticədə qonaq komandalar üçün nəzərdə tutulan paltardəyişmə otağı, eləcə də isitmə sistemi yararsız hala düşüb. Hazırda bazaya dəyən ziyanın məbləği hesablanır.
Qeyd edək ki, “Turan” dekabrın 10-da Premyer Liqanın 16-cı turu çərçivəsində “Bakı”nı qəbul etməlidi. Lakin klub rəhbərliyi həmin oyunun təxirə salınması ilə bağlı Peşəkar Futbol Liqasına müraciət ünvanlamağa hazırlaşır.
