8 dekabr 2012 14:22
İvan Kordoba: Neftçinin İnterlə heç-heçəsi əsl sürprizdi!
İtaliyanın “İnter” klubunun meneceri, Milan təmsilçisinin canlı əfsanəsi və Kolumbiya yığmasının sabiq kapitanı İvan Kordoba Avropa Liqasının qrup mərhələsi çərçivəsindəki “Neftçi” ilə oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb. O, öncə bunları dilə gətirib:
“Futbolda üç cür nəticə olur. Bizi onlardan yalnız biri – qələbə qane edirdi. Çünki meydana həmişə bunun üçün çıxırıq. Fikrimcə, “İnter” bu oyunda qələbə qazanmağa çox yaxın idi. Amma alınmadı”.
“Futbolda üç cür nəticə olur. Bizi onlardan yalnız biri – qələbə qane edirdi. Çünki meydana həmişə bunun üçün çıxırıq. Fikrimcə, “İnter” bu oyunda qələbə qazanmağa çox yaxın idi. Amma alınmadı”.
Kordoba qarşılaşmanın bu hesabla bitəcəyini heç ağıllarına gətirmədiyini etiraf edib: “Əlbəttə, bu nəticə bizim üçün çox gözlənilməzdi. 2:2 hesablı heç-heçə əsl sürprizdi! Bunu qətiyyən gözləmirdik”.
“İnter”in rəsmisi Azərbaycan çempionunu tərifləməyi də unutmayıb: “Neftçi”də qələbə qazanmağa böyük istək var idi. Onlar “San Siro”da özlərini yaxşı tərəfdən göstərməyə çalışırdılar. Müdafiədə oturmayıb hücumlar qururdular. Bu, hörmət tələb edir”.
Əfsanəvi müdafiəçi hətta “Neftçi”nin A Seriyasında çıxış etmək gücündə olduğunu da dilə gətirib: “A Seriyası çox çətin çempionatdı. Amma “Neftçi” bu turnirdə mübarizə apara bilər. Digər tərəfdən başlanğıc üçün B Seriyasında çıxış etmək də pis olmazdı. Çünki elitaya yol məhz burdan keçir. İstənilən halda “Neftçi” Avropa Liqasındakı debüt ilindəcə özünü göstərməyi bacardı. Hər komanda Avropa səviyyəsində çıxış edə bilmir”.
