8 dekabr 2012 14:36
Berti Foqts: Kamran Ağayev yığmada oynamaq üçün özünə klub tapmalıdı
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts hələ də klubsuz olan və uzun müddətdi yaşıl meydanlardan kənar qalan qapıçı Kamran Ağayevin durumundan danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Artıq iki aydı Kamran Ağayev özünə yeni klub axtarışındadı. Az qala hər gün onunla əlaqə saxlayıram. Onun durumunu diqqət mərkəzində saxlamağa çalışıram. Yığmada oynamaq üçün Ağayevə mütləq özünə yeni klub tapması lazımdı”.