8 dekabr 2012 14:51
Yanğın Turan - Bakı matçının təxirə salınmasına səbəb oldu
“Turan”ın Peşəkar Futbol Liqasına ünvanladığı məktubunda 7 dekabr 2012-ci il tarixində Tovuz şəhər stadionunun inzibatı binasında yanğın hadisəsinin baş verdiyi, komandaların geyinib-soyunma otaqlarının yararsız hala düşdüyü və təmir üçün müəyyən müddət tələb olunduğu bildirilib. Azerisport.az xəbər verir ki, bundan sonra PFL Qərb Regional Futbol Federasiyasının prezidenti Mehdi Salmanova mürəciət edərək stadiona baxış keçirməyi və baş vermiş hadisə ilə əlaqədar olaraq öz rəyini bildirməyi xahiş edib.
Yuxarıda göstərilənləri, QRFF-in prezidentinin rəyini, hadisənin nəticələrini əks etdirən görüntüləri və “Bakı”nın razılıq məktubunu nəzərə alaraq PFL-in prezidenti R. Musayev Topaz Premyer Liqasının 16-cı turunun “Turan” – “Bakı” matçının 10 dekabr 2012-ci il tarixindən başqa tarixə keçirilməsi barədə əmr imzalayıb.
