8 dekabr 2012 16:56
Ramiz Məmmədov: Onun barəsində tədbir görəcəyik
“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov Topaz Premyer Liqasının 16-cı turunun “Sumqayıt” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ təmsilçisinin çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Futbolçularımı təbrik edirəm, verdiyim tapşırıqları yerinə yetirdilər, qələbə qazandıq. Təəssüf ki, Çertoqanov qırmızı vərəqə alaraq komandanı azlıqda qoydu. Onun barəsində tədbir görəcəyik. “Bakı” ilə oyunda itirdiyimiz üç xalı bu gün geri qaytardıq. Son turdakı acı məğlubiyyət uşaqları mənəvi cəhətdən “sındırmışdı”. Futbolçularla fərdi söhbət etmişdim, psixoloji gərginlikdə idilər. Bugünkü oyundan razı qalmasam da, nəticə məni qane edir. Hal-hazırda çempionatın elə zamanıdır ki, bizə əsas nəticə lazımdır”.
