8 dekabr 2012 17:00
Bernard Raab: Komandam daha effektiv oynadı
“Sumqayıt”ın baş məşqçisi Bernard Raab Topaz Premyer Liqasının 16-cı turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Oyun boyu komandam daha effektiv oynadı, qol imkanları yaratdıq. Lakin onlardan yararlana bilmədik. Futbolçularıma qol imkanlarından istifadə etmək üçün təcrübə çatışmır”.
