9 dekabr 2012 17:41
Vaqif Sadıqov: Nəticə oyuna görədi
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 16-cı turunun “İnter” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 0:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Maraqlı oyun oldu. Hər iki komandanın futbolçuları qalib gəlmək üçün əlindən gələni etdi. Bəlkə də, çox adam bizim müdafiədən oynayacağımızı düşünürdü. Lakin futbolçularıma pressinq tətbiq etməyi tapşırmışdım. Fikrimcə, nəticə oyuna görədi”.
