10 dekabr 2012 00:16
Nizami Hacıyev Polşa klubu ilə müqavilə imzalamağa hazırlaşır
“İnter”in yarımmüdafiəçisi Nizami Hacıyevin Polşanın “Poqon” klubunda baxışda olduğunu xəbər vermişdik. Azerisport.az xəbər verir ki, arabir yığmamıza da dəvət olunan futbolçu artıq vətənə qayıdıb.
Hacıyevdən aldığımız məlumata görə, Polşa klubunun məşqçilər korpusu ondan razı qalıb. “Pogon” başbilənləri tezliklə Hacıyevlə rəsmi müqavilə imzalamağa hazırlaşırlar. Müqavilənin detalları barədə ətraflı məlumat verilmir. Amma Nizami yeni komandasına yanvar ayından qoşulacaq:
“Hələ heç nə danışmaq istəmirəm. Çünki müqavilə imzalamamışıq. Sadəcə, “İnter” rəhbərliyinə təşəkkürümü bildirirəm ki, mənim Polşa klubunda baxışdan keçməyimə problem yaratmadılar”.
Əldə etdiyimiz məlumata görə, “İnter” Hacıyevin “Pogon”a keçidinə də problem yaratmayacaq. Yəni paytaxt klubu futbolçusunun gedişinə görə qarşı tərəfdən transfer haqqı istəməyəcək.
