10 dekabr 2012 00:11
“Neftçinin uğurundan sonra digər klublar üçün stimul yaranıb”
“Bakı”nın yarımmüdafiəçisi Aleksandr Şoliç “Neftçi”nin müdafiəçisi İqor Mitreskinin “yaxın 5-10 ildə bizim uğurumuzu heç kim təkrarlaya bilməyəcək” ifadəsinə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən çox şadam ki, “Neftçi” belə bir uğura imza atdı. Bu, böyük nəticədi. Etiraf etmək lazımdı ki, bu uğuru təkrarlamaq çox çətindi. Amma “Neftçi”nin bu uğurundan sonra digər klublar üçün stimul yaranıb. Bundan sonra hamı çalışacaq ki, onların uğurunu təkrarlasın. Fikrimcə, “Neftçi”nin futbolçuları Avroliqanın qrup mərhələsinə çıxmaqla əsl xarakter nümayiş etdirdilər”.