10 dekabr 2012 00:03

“O, Kamran Ağayevi millidə əvəzləyəcək gücdədi”

“Simurq”un qapıçısı Dmitri Kramarenko Topaz Premyer Liqasının 16-cı turunun “Xəzər Lənkəran”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
 
- Komandanızın cari mövsümdə işləri çox yaxşı gedir. Mövsümün startında bunu gözləyirdiniz?
- Bu, hələ yekun nəticə deyil. Amma mən “Simurq”un rəqiblərinə başağrı olacağını gözləyirdim. Uşaqlar mövsümə çox yaxşı hazırlaşmışdılar. Turnir cədvəlindəki mövqeyimiz də layiqlidi.
 
- “Simurq” bu oyunla medallara iddia edə bilər?
- Hadisələri qabaqlamaq istəmirəm. Bizə hər oyunda daha da artırmaq lazımdı. Qarşımızda minimum vəzifə var: ilk altılığa düşmək. Ondan sonra nəyə oynayacağımız bəlli olacaq. “Simurq” medal verən yerlərdən birini tutmalıdı. Əgər sona qədər bu tempdə davam edə bilsək, hər şey yaxşı qurtaracaq.
 
- Sizin əsas həmkarlarınızdan biri olan Kamran Ağayevin bir neçə aydı futbolsuz qalması barədə fikirləriniz bilmək istərdik...
- Kamranın klubsuz qalmasına çox təəssüflənirəm. Mən düşünürdüm ki, o, klubu ilə problemini yoluna qoyacaq. Amma bu, olmadı. Klubsuz halda formada qalmaq çox çətindi. Özü də o, yığmanın qapıçısıdı. İnanıram ki, onda hər şey tezliklə yoluna düşəcək.
 
- Bəlkə Kamranda xarakterlə bağlı problem var?
- Bilmirəm. Mən “Xəzər Lənkəran”da onunla birgə oynamışam, onu məşq etdirmişəm. Ağayevin əla qapıçılıq göstəriciləri var. O, sadəcə başa düşməlidi ki, artıq pulu düşünmək vaxtı deyil, karyera barədə fikirləşmək daha önəmlidi.
 
- Kamrana yığmada əsas əvəzləyici kimi görürsüz?
- Bunu məşqçilər daha yaxşı bilərlər. Amma şəxsən Səlahət Ağayevin Şimali İrlandiya ilə oyundakı çıxışı mənim çox xoşuma gəldi. Çoxları deyir ki, buraxılan qolda onun günahı vardı. Lakin mən bu qapıçının matçı yüksək səviyyədə keçirdiyi qənaətindəyəm. O, Kamranı əvəzləyə biləcək gücdədi.
 
- “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov isə Anar Nəzirova güvənmək lazım olduğunu iddia edir...
- Nəzirov perspektivli qapıçıdı. Onun böyük gələcəyi var. Amma o, hələ öz üzərində çalışmalıdı. Ümumiyyətlə, Azərbaycanda xeyli yaxşı qapıçı var. Bizə legioner qapıçılar lazım deyil.
 
- Yığmaya çağırılan qapıçılar arasında Andrey Popoviç də var...
- Bu, məni təəccübləndirir. Onun hansı xidmətlərinə görə milliyə çağırıldığını bilmirəm. O, özü Ukraynadandı. Düzdü, yığmada çıxış edənlər arasında Vladimir Levin də var. Amma o, artıq 6-7 ildi burda çıxış edir. Popoviçə isə öz xarakterini dəyişməsi lazımdı. O, bizim adət-ənənələrimizə hörmət etməlidi. Hər bir futbolçu kimi, qapıçı da həyatda ciddi olmalıdı. Əgər Popoviç Azərbaycana pul qazanmağa gəlibsə, insanlara, azarkeşlərə hörmət etməyi də bacarmalıdı. İşə belə yanaşması ilə o, heç kimə lazım olmayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.