10 dekabr 2012 19:49

Neftçi qalib gəldi, XL və Simurq sülh bağladı (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan Topaz Premyer Liqasında 16-cı tura yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə iki görüş baş tutub.

Turun ən prinsipial görüşlərindən biri Zaqatalada baş tutub. Burda çempionatın liderlərindən biri - “Simurq” “Xəzər Lənkəran”la münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri 2 qolla önə keçməyi bacarsalar da, sonda heç-heçə ilə kifayətlənməli olublar.
 
Nəhayət, turun qapanış matçında “Neftçi” “Rəvan”la üz-üzə gəlib. Meydan sahibləri 2 cavabsız qolla 3 xal qazanıblar.
 
Qeyd edək ki, bu turun "Turan" - "Bakı" matçı təxirə salınıb.
 
Topaz Premyer Liqası
16-cı tur
10 dekabr (bazar ertəsi)
 
NEFTÇİ – RƏVAN - 2:0 (1:0)
Qollar: M.Seyidov, 43 (1:0), N.Kanales, 64 (2:0)
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Yaşar Abbasov, Elvin Əsgərov.
Bakı. 8-ci kilometr stadionu.
 
Oyun başladı
5. "Neftçi" ilk dəqiqələrdən təşəbbüsə yiyələnib
10. Meydan sahibləri rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratmağa, qol vurmağa çalışsa da, hələlik qonaqların müdafiə xətti diqqətlidi
15. "Rəvan" elə ilk dəqiqələrdən əks-hücum taktikası seçib
15. Vobayın çox təhlükəli zərbəsi qapıdan azca yan keçir
20. Kanalesin vuruşunda top qapıçıda qalır
25. Oyun daha çox mərkəzdə gedir
29. A.Abdullayevin zərbəsi dəqiq alınmır
30. Təhlükəli vəziyyətlər demək olar ki, yox səviyyəsindədi
40. "Neftçi"nin hücumları bəhrə vermir
44. Oyunun əvvəlindən kobud səhvlərə yol verən D.Kərimini nəhayət ki, cəzalandıran tapılır. M.Seyidovun o qədər də qüvvətli olmayan zərbəsi yerə dəyərək qapıçını çaşdırır və tora daxil olur - 1:0
45. Ilk yarıya 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Bosmanı Vidakoviç əvəzləyir
50. "Rəvan" fasilədən sonra daha istəkli görünür
60. N.Qurbanov sarı vərəqə alır
64. Əks-hücum zamanı müdafiəçilərin uzaqlaşdıra bilmədiyi topu Kanales tora qovuşdurur - 2:0
70. "Neftçi" hücumlarını davam etdirir
75. "Rəvan"ın hücum xətti demək olar ki, heç nə ilə yadda qala bilmir
78. C.İmamverdiyevi E.Quliyev əvəzləyir
79. Bertuççininin əvəzində isə E.Mehdiyev meydana daxil olur
83. K.Alispahiç texniki zonadan qovulur
85. A.Abdullayevi E.Abdullayev əvəzləyir
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Matç başa çatdı
 
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 4. Tərlan Quliyev, 5. İqor Mitreski, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 22. Mahir Şükürov (k), 25. Cavid İmamverdiyev.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 3. Saşa Yunisoğlu, 8. Elşən Abdullayev, 20. Eşqin Quliyev, 21. Kamil Nurəhmədov, 28. Emin Mehdiyev, 32. Elvin Yunuszadə.
RƏVAN: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 5. Nikolay Orlovski, 13. Şəhriyar Rəhimov, 14. Xuan Manuel Varea, 16. Orxan Lalayev, 18. Samuel Barlay, 20. Kristian Torres, 22. Tofiq Mikayılov, 26. Fransis Bosman, 27. Nuran Qurbanov.
Ehtiyat oyunçular: 99. Murad Qənbərov, 8. Tural Axundov, 10. Nemanya Vidakoviç, 11. Şeriff Suma, 15. Tural Cəlilov, 17. Rüfət Cəlilov.
 
SİMURQ – XƏZƏR LƏNKƏRAN - 2:2 (1:0)
Qollar: M.Səttarlı, 15 (1:0), M.Burhard, 67 (2:0), E.Abdullayev, 72 (2:1), D.Sialmas, 90+4 (2:2)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Feyzulla Feyzullayev.
Zaqatala. Şəhər stadionu.
 
Oyun başladı
5. Hər iki komanda ilk dəqiqələrdən ehtiyatlı oyuna üstünlük verirlər
8. E.Abdullayevin uzaqdan zərbəsini qapıçı iki cəhddə zərərsizləşdirir
10. "Xəzər Lənkəran" zaman keçdikcə təşəbbüsə yiyələnir
15. M.Səttarlı əks-hücum zamanı komanda yodaşının əla ötürməsini saxlamadan uzaq küncə göndərir - 1:0
18. A.Pitin zərbəsi qapıdan aralı keçir
25. Sialmas qapıçı ilə üz-üzə qalsa da yüz faizli qol epizodundan yararlana bilmir. Petrkeviçin inamlı oyunu xüsusi qeyd olunmalıdı
27. S.Polyak sarı vərəqə alan ilk futbolçu olur
35. XL ardıcıl iki kornerdən istədiyi kimi yararlana bilmir
39. Pitin təhlükəli nöqtədən cərimə zərbəsi dəqiq olmur
45. R.Əmirquliyev də sarı vərəqə almaqla diqqət mərkəzinə düşür
45+1. Bojiçin uzaq məsafədən çox təhlükəli zərbəsini son anda Sadıqlı kornerə çıxarır
45+2. Meydan sahiblərinin korneri zamanı rəqib müdafiəçilər sayıq oynayırlar
Birinci hissə başa çatdı
İkinci hissə başladı
48. R.Abışov qapıçı ilə üz-üzə qalan Z.Popoviçi qaydanı pozmaqla durdurur. Hakim isə onu birbaşa qırmızı vərəqə ilə meydandan qovur
49. Polyakın cərimə zərbəsi canlı səddən qayıdır
55. Pitin cərimə zərbəsi qapıdan yan keçir
67. Burhardın uzaq məsafədən effektli zərbəsi Sadıqlı üçün qarşısıalınmaz olur - 2:0
68. Burhard qol vuran kimi A.Mirili ilə əvəzlənir
69. Sialmasın zərbəsini qapıçı tutur
70. Alviz sarı vərəqə ilə cəzalanır
72. D.Zrnanoviç də sarı vərəqəsiz ötüşmür
72. E.Abdullayevin cərimə zərbəsi zamanı top dirəyə dəyərək tora daxil olur - 2:1
75. XL getdikcə təzyiqi daha da artırır və məğlubiyyətdən qaçmağa çalışır
78. Qonaqlar daha bir cərimə zərbəsi vurmaq hüququ qazanırlar: Təhlükəli alınsa da, meydan sahibləri sayıq oynayırlar
80. Bojiç üçüncü qolu vurmağa yaxın olsa da, hədəfi dəqiq nişan ala bilmir
81. R.Ramaldanov da sarı vərəqə alır
81. Todorovun təhlükəli zərbəsi qapıdan yan keçir
82. R.Poladov qapıçını da aldadıb qapını nişan alsa da, son anda Pit topu qapı xətti üzərində saxlaya bilir
85. Stoyanoviç də sarı vərəqə alır
87. XL-da A.Ramazanov oyuna daxil olur
89. Bojiçi O.Anderson əvəzləyir
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
90+4. XL təhlükəli nöqtədən cərimə zərbəsi vurmaq hüququ qazanır: Cərimə meydançasına ötürməni Sialmas başla qola çevirir - 2:2
Matç başa çatdı
 
SİMURQ: 22. David Petrkeviç, 2. İlkin Qırtımov, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 7. Ruslan Poladov, 9. Marçin Burhard, 10. Zdravko Popoviç, 13. Aleksandr Şemonayev, 15. Stepan Polyak, 21. Murad Səttarlı, 25. Mario Bojiç.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 6. Anderson Olivyera, 14. Asif Mirili, 17. Rüstəm Məmmədov, 19. Nicat Qurbanov, 20. Rəşad Eyubov, 79. Nenad Stoyanoviç.
XƏZƏR LƏNKƏRAN: 25. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Elnur Allahverdiyev, 6. Roberto Alviz, 9. Branimir Subaşiç, 10. Elnur Abdullayev, 11. Dmitrios Sialmas, 14. Rahid Əmirquliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit, 21. Radomir Todorov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Akif Tağıyev, 7. Sadio Tounkara, 17. Kazım Kazımlı, 20. Elnur Cəfərov, 42. Kamran Abdullazadə, 55. Ağabala Ramazanov.
 
Turun digər oyunları: Qarabağ – Kəpəz - 3:1, Sumqayıt - Qəbələ - 0:1, İnter – AZAL – 0:0.
 
1 İnter 15 7 6 2 15 6 +9 27
2 Simurq 16 7 6 3 19 11 +8 27
3 Qarabağ 16 7 6 3 22 16 +6 27
4 Qəbələ 16 7 4 5 19 17 +2 25
5 Neftçi 13 8 0 5 28 15 +13 24
6 XL 16 5 6 5 22 16 +6 21
7 AZAL 15 5 6 4 19 15 +4 21
8 Turan 15 5 4 6 19 20 –1 19
9 Bakı 14 3 8 3 14 11 +3 17
10 Rəvan 16 4 4 8 14 25 –11 16
11 Sumqayıt 16 3 5 8 12 29 –17 14
12 Kəpəz 16 2 3 11 10 32 –22 9
 
Bombardirlər:
13 - Nikolas Kanales (Neftçi)
8 - Franko Nildo (AZAL)
7 - Salif Ballo (Turan)
6 - Zohair Benuahi (AZAL), Riçard Almeyda (Qarabağ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.