9 dekabr 2012 11:35
Vanderson Skarduelli: XL Neftçinin uğurunu təkrarlaya bilər
“Xəzər Lənkəran”ın müdafiəçisi Vanderson Skarduelli Topaz Premyer Liqasının 16-cı turunun “Simurq”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “Simurq”la oyundan nə gözləyirsiz?
- “Simurq” çox güclü komandadı. Onların son uğurları da göstərir ki, bu komanda düz yoldadı. Amma biz onlarla bərabər səviyyədə mübarizə aparacaq gücdəyik. Mən buna əminəm. Zaqatala klubunun həm yaxşı müdafiə xətti, həm də əla hücumçuları var. Bu üzdən də bizə çox çətin olacaq.

- “Simurq” bütün həftəni sizinlə oyuna hazırlaşanda, XL həftəiçi “Bakı” ilə də oyuna çıxdı. Bu, növbəti oyunda təsirini göstərə bilər?
- Düzdü, bizim bu oyuna hazırlaşmaq üçün az vaxtımız oldu. Amma XL istənilən halda bu oyunda qələbəyə oynayacaq.

- “Bakı”nı niyə məğlub edə bilmədiniz?
- Onlarla mövsümün ilk oyunu ilə müqayisədə Lənkərandakı görüşdə daha yaxşı təsir bağışladıq. Diqqətli idik, az səhv edirdik. Məşqçi də heyətdə bir sıra dəyişikliklər etmişdi. Bunun da nəticəsində komandamız daha yaxşı oynadı. Sadəcə, bəxtimiz gətirmədi. Fikrimcə, oyuna görə biz bir xaldan daha artığına layiq idik.

- Bəlkə, “Bakı” daha yaxşı oynadığı üçün buna nail ola bilmədiniz?
- Rəqibdən daha yaxşı oynadığımıza əminəm. Sadəcə, onlar ələ düşən imkandan dəyərləndilər, biz isə çoxlu qol epizodlarını boşa verdik.

- Oyundan sonra baş məşqçiniz də bundan şikayətləndi...
- O, düz deyir. Lakin digər tərəfdən əvvəllər bu baxımdan da problemlərimiz olurdu. Bundan sonra artıq qol vurmağı öyrənməyə başlamalıyıq.
- “Xəzər Lənkəran”ın medallar uğrunda mübarizə aparmaq şanslarını necə qiymətləndirirsiz?
- Medallara bir neçə komanda iddialıdı. Amma hələ heç bir komanda ilk altılıqdakı yerini təmin etməyib. Bu üzdən də medal qazanmaq şanslarından danışmaq bir qədər çətindi. Altıncı yerdə gedirik. Əgər xal qazanmağa davam etsək, turnir vəziyyətimiz bir qədər də yaxşılaşacaq.

- Azərbaycan çempionatının səviyyəsi barədə nə deyə bilərsiz?
- Çempionatda aşkar favorit yoxdu. İlk altılığa düşmək uğrunda xeyli komanda mübarizə aparır. Amma heç bir komanda çempionluğa layiq oyun sərgiləmir. Yaxşı futbolçuların olduğunu deyə bilərəm.

- Məsələn?
- Məsələn, Rahid Əmirquliyev. Bizim kapitan. Əla oğlandı. O, “Bakı” ilə matçdakı çıxışı ilə də sübut etdi ki, Azərbaycan yığmasında yer almağa layiqdi.
- “Neftçi”nin müdafiəçisi İqor Mitreski bəyan edib ki, yaxın 5-10 ildə Azərbaycan klublarından heç biri onların avrokuboklardakı uğurlarını təkrarlaya bilməyəcək. Bununla razısız?
- Xeyr. Onların uğurları təkrarlanacaq. Azərbaycanda buna qadir komandalar var. Məsələn, “Xəzər Lənkəran”. Onların bu uğurundan sonra digər klubların qarşılarına daha ciddi hədəflər qoyması isə başqa məsələdi.