10 dekabr 2012 00:33
Atletico növbəti dəfə La Liqa matçında Azərbaycanı reklam etdi (FOTO)
İspaniyanın "Atletico" (Madrid) klubu La Liqanın son turunda növbəti dəfə meydana üzərində "Land of Fire Azerbaijan" (Odlar yurdu Azərbaycan) sözləri yazılan forma ilə çıxıb. Azerisport.az xəbər verir ki, madridlilər bu dəfə "Deportivo"ya qarşı keçirilən matçda ölkəmizi reklam ediblər.
Sözügedən qarşılaşma “Atletico”nun 6:0 hesablı möhtəşəm qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, bu aksiya Madrid təmsilçisinin "Bakı" ilə əməkdaşlığı çərçivəsində baş tutub.
Sözügedən qarşılaşma “Atletico”nun 6:0 hesablı möhtəşəm qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, bu aksiya Madrid təmsilçisinin "Bakı" ilə əməkdaşlığı çərçivəsində baş tutub.
Xatırladaq ki, bundan öncə "Atletico" "Real"la (Madrid) görüşdə də eyni formanı geyinmişdi. Həmin görüşdə isə “Bakı”nın tərəfdaşı məğlubiyyətlə üzləşmişdi.
